ağlamalı mahnı

bax ulamalı mahnı
Ağlamaqla günah bağışlanmaz.
Ağlamayan uşağa süd verməzlər.
OBASTAN VİKİ
Mahnı
Mahnı — musiqi ilə müşayiət olunan şeir, mətn. == Mahnı necə yarandı? == Azərbaycan musiqisinin, eləcə də digər xalq musiqiləri arasında ən çox işlənən və ən çox sevilən musiqi növü mahnıdır. Yəqin ki, mahnıların yaşı insanın, bəşər övladının yaşı ilə eynidir. Mahnının insanın danışmağa başlamasından əvvəl yaranması şübhə doğurmamalıdır: bu, sözsüz mahnılar, melodiyalar dövrü idi. Dilin, danışığın, sözün yaranmasından sonra isə sözlü mahnı, yəni şeiri müsiqi ilə ifa etməkdən yaranan söz-musiqi vəhdəti yarandı. Bu mahnıların müəllifləri həssas və istedadlı insanlar idilər. Musiqi alətləri meydana çıxdıqdan sonra mahnı üç ölçüyə malik oldu – səs, söz və çalğı (müşayiət). Bu dövrdə mahnı müəllifləri ya müğənnilər, ya çalğıçılar, ya da bu məclislərin istedadlı, musiqi duyumlu iştirakçıları arasından çıxırdı. Mahnılar ifa oluna-oluna cilalanır, yadda qalır, sevilir, nəsildən nəsilə yol gedirdi.
Formidable (mahnı)
Formidable Belçikalı müğənni Stromaenin mahnısı. Mahnı 2013 ildə iyunun 4 yayımlanmışdır və Racine Carrée albomunun sayca ikinci mahnısı sayılır. Fransa musiqi çartlarında birinci yerə çıxmışdır. Bu mahnı Stromaenin 2009-cu ildə yayımlanan "Alors on dance" mahnısından snora ən uğurlu mahnısıdır. == Mahnı videosu == 21 may 2013-cü ildə YouTube'da Stromaenin içkili halda olan həvəskar videosu yayımlandı. Video Brüsseldə "Louise/Louiza" metro stansiyasında çəkilmişdir. Videoda həmçinin insanlar Stromae və onunla birlikdə üç polisin şəklini də çəkir.
GoldenEye (mahnı)
GoldenEye – James Bond seriyasından olan və 1995-ci ildə çəkilmiş GoldenEye filmində sonudtrack kimi istifadə edilmiş mahnı. Mahnı tanınmış pop musiqi ifaçısı Tina Törner tərəfindən ifa edilmiş və böyük uğur qazanmışdır. Mahnının müəllifləri Bono və U2 qrupunun üzvlərindən olan The Edge mahnını xüsusi olaraq Tina Törnerin ifası üçün yazmışlar. Mahnının aranjimanını isə tanınmış ingilis musiqiçisi və produsseri Nellee Hooper öz öhdəsinə götürmüşdür. GoldenEye Tina Törnerin yaradıcılığında ən uğurlu mahnılardan biri olmuş, həm Avropada, həm də ABŞ – da çox böyük sevgi qazanmışdır. Mahnı UK Singles Chartda onuncu yerə qədər yüksələ bilmiş, bir çox Avropa ölkələrində isə il beşliyə daxil olmağı bacarmışdır. İlk öncə GoldenEye (Original Motion Picture Soundtrack) albomunda satışa çıxarılan mhnı daha sonra Tina Törnerin 1996 – cı ildə çıxardığı Wildest Dreams albomuna da daxil edilmişdir.
Güllərim (mahnı)
Güllərim — sözləri Nəbi Xəzriyə, musiqisi Arif Məlikova aid Azərbaycan mahnısı. Mahnının ilk ifaçısı Zeynəb Xanlarovadır. Sonralar mahnı Nisə Qasımova və Brilliant Dadaşovanın ifasında da özünəməxsus məşhurluq qazanıb. == Yaranma tarixi == 1974-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Nəbi Xəzrinin "Əks-səda" pyesi hazırlanır. Tamaşanın quruluşçu rejissoru Əşrəf Quliyev, bəstəkarı isə Arif Məlikov olur. Əsərin məzmununa görə qəhrəmanlardan biri – taleyi gətirməmiş Çinarə Bakıda xəstəxanada müalicə alarkən öz hisslərini, həyatındakı gərgin məqamları ifadə edən bir mahnı oxumalıdır. Mahnının adı isə "Güllərim"dir. Mahnın oxunması, bəstəkar Arif Məlikovun seçimi ilə Zeynəb Xanlarovaya həvalə edilir. Mahnı işlənib hazırlandıqdan sonra lent yazısının bir nüsxəsi Azərbaycan Radiosuna təhvil verilir, bir nüsxəsi də tamaşada istifadə edilmək üçün teatra göndərilir. Lakin tamaşada həmin yazıdan istifadə olunmur.
Güləş (mahnı)
Gəlmədin (mahnı)
Gəlmədin — Dəyirman qrupu ilə Röyanın ifa etdiyi mahnı. == Haqqında == Mahnı Dəyirman qrupunun sayca beşinci musiqi albomu olan Atmosferə daxildir. Eyni ildə rejissor Ülviyyə Könül tərəfindən klipi çəkilmişdir. == Gəlmədin (2018) == 2018-ci ildə keçmiş Dəyirman qrupunun üzvü ABD Malik Röya ilə mahnının fərqli versiyasını duet şəklində oxumuşdur. Musiqi nömrəsi ABD Malikin Çata bilim albomunda da yer almışdır.
Halo (mahnı)
Halo — Amerikan müğənnisi Beyonce'nin üçüncü studio albomu I Am... Sasha Fierce albomuna daxil olan mahnısı.
Hardasan (mahnı)
Ignite (mahnı)
Ignite (IGNITE kimi göstərililir) — Yaponiya müğənnisi Eyr Aoy tərəfindən ifa olunmuş sinql. Bu sinql müğənninin 7-ci sinqlıdır. 20 avqust 2014-cü ildə yayımlanmışdır. Sinql Japan Hot 100 hit paradında 1-ci yerə, həftəlik Oricon hit paradında isə 9-cu yerə çatmışdır. Sinql "Sword Art Online" anime serialının ikinci mövsümünün ilk açılış mahnısı kimi (I-XIV seriyalar) istifadə olunmuşdur. == Trek siyahısı == == Hit paradlarda == == Qəbul == 2016-cı ilin iyulunda Charapedia istifadəçiləri tərəfindən bu mahnı qadın müğənni tərəfindən ifa olunan ən yaxşı 11-ci (143 səs) anime mahnısı seçilmişdir.
Innocence (mahnı)
Innocence (azərb. Günahsızlıq‎) – Yaponiya müğənnisi Eyr Aoy tərəfindən ifa olunmuş sinql. 21 noyabr 2012-ci ildə buraxılmışdır və müğənninin 5-ci sinqlıdır. Üç formatda buraxılmışdır. Mahnı "Sword Art Online" anime serialının 15-25-ci seriyalarının açılış mahnısı olmuşdur.
Jalma (mahnı)
Kabriolet (mahnı)
"Kabriolét" — Lyubov Uspenskaya üçün bəstələnmiş mahnı. 1992-ci ildə yazılmış mahnı müğənninin vizit kartı hesab olunur. Musiqisi Qari Qolda, sözləri İlya Reznikə məxsusdur. == Tarixi == "Kabriolet" mahnısını 1972-ci ildə, 25 yaşında SSRİ-dən ABŞ-yə mühacirət etmiş və Yuri Silantyevin rəhbərliyi ilə Mərkəzi Televiziya və Ümumittifaq Radiosunun Variety Simfonik Orkestrinin saksofonisti kimi fəaliyyət göstərmiş amerikalı caz musiqiçisi Qari Qold bəstələmişdir. "Kabriolet"in sözləri bir zamanlar Rusiyada öz mahnıları ilə məşhur olan İlya Reznik tərəfindən yazılmışdır. İlya Reznik teatrı ilə birlikdə ABŞ-a qastrol səfərinə gəldiyi zaman Qari Qoldla tanış olmuşdur. İlya Rezniki tanımayan və onun yazdığı əsərləri haqqında məlumatı olmayan Qold, Reznikin şeirlərini eşidir və müəllifini soruşur. Bu cəhalətdən təəccüblənən Reznik, şeirin ona məxsus olduğunu bildirir. Beləliklə, Qoldun təklifi ilə onlar əməkdaşlıq etməyə başlayırlar . Birgə əməkdaşlıq dövründə 35 mahnı yazmış, 2 albom çıxarmışlar.
Katyuşa (mahnı)
Katyuşa — məşhur sovet mahnısı. == Tarixi == 1938-ci ildə yaranmış bu sovet mahnısının sözləri Mixail İsakovskiyə məxsusdur, bəstəkarı isə Matvey Blanterdir.
Keçmiş (mahnı)
Keçmiş - Azərbaycan musiqiçisi Qara Dərvişin Məktub albomuna daxil olan mahnısı. == Mahnı haqqında == Mahnının sözləri, bəstəsi və aranjemanı Qara Dərvişə aiddir.
Küsməyək (mahnı)
Lalisa (mahnı)
"Lalisa" Cənubi Koreyanın Blackpink qız qrupunun üzvü, taylandlı reper və müğənni Lisanın debüt sinqlidir. 10 sentyabr 2021-ci ildə YG Entertainment tərəfindən eyni adlı debüt sinql albomunun aparıcı sinqlı kimi buraxıldı. Bekuh Boom və "24" ilə birlikdə YG-nin uzun müddətdir əməkdaşlıq etdiyi Teddi Pak tərəfindən yazılan və istehsal olunan "Lalisa" tay mədəniyyətindən təsirlənən dinamik hip hop treki kimi xarakterizə olunur. Mahnı musiqi tənqidçilərindən qarışıq rəylər aldı, onların çoxu Lisanın performansını yüksək qiymətləndirdi, lakin bəziləri mahnının bəstəsini və istehsalını tənqid edirdi. Kommersiya baxımından "Lalisa" ABŞ-nin Billboard Hot 100-ə 84-cü sırada daxil oldu və Billboard Global 200-də 2-ci yerə yüksəldi. Müşayiət edən musiqi videosu sinqlin buraxılması ilə eyni vaxtda Blackpink-in youTube kanalına yükləndi. İlk 24 saat ərzində videoya 73,6 milyon baxış olub, platformada bir solist tərəfindən bir gündə ən çox baxış toplanıb. == Arxa plan və buraxılış == Qrup yoldaşı Roze-nin 2021-ci ilin martında debüt tək albomunun buraxılmasından sonra solo ifaçı kimi debüt edən növbəti üzv kimi Lisaya diqqət yetirildi. Aprelin 19-da The Korea Herald tərəfindən dərc edilən məqalədə YG Entertainment-in nümayəndəsi Lisanın qrupunun üçüncü solisti kimi debüt edəcəyini açıqladı və proqramları ilin sonunda bildirişlə rəsmi olaraq elan ediləcək. İyulun 25-də Lisa studiyada özünü əks etdirən iki şəkli instaqram hekayələrinə "Mənim adım nədir?" başlığı ilə yükləyərək, onun qarşıdan gələn buraxılışının başlığına işarə etdi.Avqustun 25-də YG, solo debüt sinql albomunun adının Lalisa olacağını təsdiqlədi.Daha sonra agentlik albomun trek siyahısını açıqladı və eyni adlı sinqlın başlıq treki kimi xidmət göstərəcəyini açıqladı.Mahnı 10 sentyabr 2021-ci ildə buraxıldı və rəqəmsal yükləmə, yayım üçün əlçatan oldu.
Lalələr (mahnı)
"Lalələr" — bəstəkar mahnısı. Qızıl fondda saxlanılan "Lalələr" mahnısının bəstəkarı Telman Hacıyevdir. Sözləri isə şair Aslan Aslanova aiddir. Mahnı təxminən 1970–1975-ci illərdə yazılıb və ifa olunub. == Yaranması haqqında == Şair Aslan Aslanov Gəncədə olarkən dağın döşünə çıxanda hər tərəfin lalələrlə dolu olduğunu görür və bundan ilhama gələrək "Lalələr" adlı şeirini yazır. Sonra şeiri Telman Hacıyevə verir ki, musiqi bəstələsin. Bu mahnını Zeynəb Xanlarova, Gülağa Məmmədov, Rəşid Behbudov, Anatollu Qəniyev, Aygün Bəylər, Azərin oxuyublar. Lalələr mahnısına ilk dəfə rəqs Azərbaycan Respublikasının xalq artisti Roza Cəlilova tərəfindən ifa edilmişdir.
Limits (mahnı)
Limits (azərb. Hüdudlar‎) — Avstriyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Paenda "Limits" mahnısı ilə Avstriyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ əldə etmişdir. Mahnı ifaçının özü tərəfindən bəstələnmişdir.
Mahnı (rəsm)
"Mahnı" — Azərbaycan rəssamı Toğrul Nərimanbəyovun 1970-ci ildə çəkdiyi rəsm əsəri. == Təsvir == Əsərin mərkəzində açıq sarı fonda çiçək açan ağacın qarşısında stullarda əyləşmiş qırmızı, ağ və göy rəngli paltar geyinmiş, başlarına papaq taxmış və alətlərdə (nağara, klarnet, tütək) ifa edən üç musiqiçi təsvir edilmişdir. Onlarla üzbəüz ağ süfrə ilə örtülmüş stolun üstündə kiçik vazada qızılgüllər, çaynik, nazik stəkan, içki şüşəsi və təndir çörəyi təsvir edilmişdir. Şəklin aşağı sağ küncündə uzanmış quzu görürük. Rəsm kətan üzərində yağlı boya texnikası ilə işlənib. Şəkil boyu daha çox açıq rənglərdən istifadə olunduğunu görürük. Şəkildəki soyuq və isti rənglər harmoniya ilə verilmişdir. İşıq və qaranlıq tarazlığı yaxşı vurğulanıb. Şəkildə şaquli, üfüqi və diaqonal xətlərdən istifadə olunub. Şəkildəki musiqiçilərin arxasında çiçək açan ağacın təsvirindən bahar olduğunu anlamaq mümkündür.
Maniac (mahnı)
Maniac (ing. Manyak) – Maykl Sembello tərəfindən 1983-cü ildə ifa edilmiş sinql. Musiqi həmin ildə "Parıltılı rəqs" filmində səslənmişdir. == Mükafatlar == "Maniac" mahnısı "Parıltılı rəqs" (ing. Parıltılı rəqs) filminin orijinal saundtrekləri siyahısına daxildir. Bu mahnı Oskar mükafatının nominasiyasına layiq görülə bilməmişdir. Çünki mahnının orijinal versiyası film üçün hazırlanmamışdır. "Parıltılı rəqs" filminin saundtreklərinə daxil olan İren Kara tərfindən ifa edilən "Flashdance... What a Feeling" (ing. Parıltılı rəqs...
Mavi (mahnı)
Məktub (mahnı)
Məktub — 2012-ci il 26 iyul tarixində video kimi təqdim olunmuş, Miri Yusifin sayca 4-cü olan Nirvana albomundan olan mahnı. Mahnının sözləri Miri Yusifə, musiqisi Emin Kərimiyə aiddir. Mahnının videosu Xınalıq kəndində lentə alınıb.
Nankor (mahnı)
Neyləyim? (mahnı)
"Neyləyim?" və ya bir çox mənbələrdə yanlışlıqla "Ala gözlüm" kimi məşhur olan mahnı. Mahnının yaranış tarixi ilə bağlı müxtəlif versiyalar olsa da, bəzi tarixi faktlar var. Mahnı ilk baxışdan bir kişinin dilindən bir xanıma ithaf olunması təəssüratı yaratsa da, Nigar Rəfibəyli bu mahnının mətnini həyat yoldaşı Rəsul Rzaya həsr edib. Mahnıda xitab olunan "ala gözlüm" də məhz Rəsul Rzadır. Mahnının mətni məşhur Azərbaycan şairi Nigar Rəfibəylinin, həyat yoldaşı məşhur Azərbaycan şairi Rəsul Rzaya həsr etdiyi şeirdir. 1941-ci ilin axırlarında Rəsul Rza bir qrup siyasi işçilərlə hərbi müxbir kimi Krıma gedir və Azərbaycan diviziyasında hərbi müxbir vəzifəsində çalışır. Cəbhə qəzeti olan "Döyüşən Krım"da işləməyə başlayır. Nigar Rəfibəyli isə Rəsul Rzanın yolunu gözlədiyi vaxtda bu şeiri qələmə alır. Şeir ilk dəfə 1950-ci ildə "Azərbaycan jurnalı"nda çap edilir. Kitabxanalarda kitab oxuyarkən marağına səbəb olan şeirləri öz dəftərçəsinə qeyd edən gənc bəstəkar Emin Sabitoğlu "Neyləyim?" şeirini də öz siyahısına əlavə edir.
Paramparça (mahnı)